Qaçqınlar döyülərək Türkiyəyə göndərildilkərini iddia ediblər

Türkiyənin Kırklareli bölgəsində yaxalanan 23 qaçqın Bolqarıstan sərhəd qoşunları tərəfindən döyülüb, sonra da Türkiyəyə göndərildiklərini iddia edib edib.

1603724
Qaçqınlar döyülərək Türkiyəyə göndərildilkərini iddia ediblər

Türkiyənin Kırklareli bölgəsində yaxalanan 23 qaçqın Bolqarıstan sərhəd qoşunları tərəfindən döyülüb, sonra da Türkiyəyə göndərildiklərini iddia edib.

Vilayət Jandarma Komandanlığı qrupları Kofçaz qəsəbəsinin Ahlatlı və Beyci kəndləri ilə Bolqarıstana nəqliyyatın təmin edildiyi Dereköy sərhəd məntəqəsi yaxınlığında qaçqınların olduğu barədə məlumat əldə edib.

Üç fərqli bölgədə işləyən qruplar, İraq və Suriyadan olan 23 qaçqını yaxalayıb.

Kırklareli Təhsil və Araşdırma xəstəxanasında müayinə olunan qaçqınlar Vilayət Jandarma Komandanlığına aparılıb.

Xarici ölkə vətəndaşları ifadələrində Bolqarıstanda polis tərəfindən tutulduqlarını, döyülərək  qiymətli əşyaları müsadirə edildikdən sonra Türkiyə tərəfinə göndərildiklərini irəli sürüblər.

Rəsmi prosedurlardan sonra qaçqınlar Pehlivanköy Geri Göndərmə Mərkəzinə təhvil verildi.



Әlaqәli Xәbәrlәr