Rәcәb Tayyib Әrdoğan vә Milorad Dodik birgә mәtbuat konfransında çıxış ediblәr

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan vә Bosniya vә Herseqovina Dövlәt Şurasının sәdri Milorad Dodik Prezident İqamәtgahında baş tutan tәkbәtәk görüşdən  sonra birgә mәtbuat konfransı tәşkil ediblәr.

1602611
Rәcәb Tayyib Әrdoğan vә Milorad Dodik birgә mәtbuat konfransında çıxış ediblәr

 

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan vә Bosniya vә Herseqovina Dövlәt Şurasının sәdri Milorad Dodik Prezident İqamәtgahında baş tutan tәkbәtәk vә iki ölkənin nümayəndə heyәtlәrinin geniş tərkibli görüşlәrindən  sonra birgә mәtbuat konfransı tәşkil ediblәr.

Milorad Dodik ilә ticari vә iqtisadi fәaliyyәtlәrin artırılmasını qiymәtlәnirdiklәrini deyәn Rәcәb Tayyib Әrdoğan bildirib ki, Türkiyә ilә Bosniya vә Herseqovina arasındakı ticarәt dövriyyәsini qısa müddәt әrzindә bir milyon dollara çatdırmağı hәdәflәyirik.

İki ölkә arasında enerji, sәhiyyә, müdafiә sәnayesi, turizm, kәnd tәsәrrüfatı vә heyvandarlıq sahәlәrindә әmәkdaşlığın güclәndirilmәsinә dair qәtiyyәtlәrini vurğuladıqlarını ifadә edәn Rәcәb Tayyib Әrdoğan qeyd edib ki, mәdәniyyət sahәsindәki әlaqәlәrimizi dә müzakirә etdik.

Bosniya vә Herseqovinada yeni növ koronavirus epidemiyası sәbәbindәn vәfat edәnlәr ilә әlaqәdar Milorad Dodikә başsağlığı verәn Rәcәb Tayyib Әrdoğan deyib: ‘‘Epidemiya ilә mübarizәdә Dövlәt Şurasının nümayiş etdirdiyi ortaq iradәni alqışlayırıq. Biz dә epidemiyanın yayıldığı gündәn etibarәn Bosniya vә Herseqovinanın yanında olduq. Bu çәrçivәdә Bosniya vә Herseqovinaya 30 min doza peyvәnd göndәrәcәyik’’.

Bosniya vә Herseqovina Dövlәt Şurasının sәdri Milorad Dodik isә öz növbәsindә ‘‘Türk axını’’ tәbii qaz boru xәttinin Serbiyayadәk çatdığını ifadә edib.

 



Әlaqәli Xәbәrlәr