Türkiyәnin Әrbildәki Baş konsulluğu Hələbcədә törәdilәn hücumla bağlı bәyanat yayıb

Türkiyәnin Әrbildәki Baş konsulluğu İraqın Hələbcə şәhәrinin 1988-ci ilin 16 mart tarixindә kimyəvi silahlarla bombalanmasının 33-cü ildönümü münasibәtilә  bәyanat yayıb.

1602186

Baş Konsulluğun rәsmi ‘‘Twitter’’ sәhifәsindә verilәn bәyanatda Baas rejimi tәrәfindәn 1988-ci ilin 16 mart tarixindә  Hələbcə şәhәrinә tәşkil edilәn kimyәvi hücumun tarixә qara lәkә kimi düşdüyü bildirilib.

Bәyanatda bu ifadәlәrә yer verilib: ‘‘ Türkiyә bu qeyri-insani hücumdan qaçaraq Türkiyәyә sığınan kürd qardaşlarının kәdәrini bu gün dә bölüşür. Hələbcə  qәtliamında hәyatını itirәnlәrә Allahdan rәhmәt dilәyirik’’.

Әdliyyә naziri Әbdülhәmit Gül 33 il әvvәl İraqın Hәlәbcә şәhәrindә törәdilәn qәtliamla bağlı verdiyi bәyanatda deyib: ‘’33 il әvvәl Hәlәbcәdә törәdilәn qәtliam nәticәsindә hәyatını itirәn qardaşlarımızı rәhmәtlә yad edirәm. Bәşәriyyәtә qarşı törәdilmiş bu cinayyәti vә cinayәtkarları lәnәtlәyirәm’’.

Әlaqәli Xәbәrlәr