Mövlud Çavuşoğlu vә İvan Korkok birgә mәtbuat konfransında çıxış ediblәr

Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu vә Türkiyәdә sәfәrdә olan Slovakiyanın  xarici işlәr vә Avropa mәsәlәlәri üzrә naziri İvan Korkok ilә birgә mәtbuat konfransında çıxış ediblәr.

1602410
Mövlud Çavuşoğlu vә İvan Korkok birgә mәtbuat konfransında çıxış ediblәr

 

Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu vә Türkiyәdә sәfәrdә olan Slovakiyanın  xarici işlәr vә Avropa mәsәlәlәri üzrә naziri İvan Korkok ilә birgә mәtbuat konfransında çıxış ediblәr.

Fәtullahçı Terror Tәşkilatının (FETÖ) 2016-cı ilin 15 iyul tarixindә törәtdiyi xain çevriliş çәhdindәn sonra dövrün Aİ liderlәrinin Türkiyәyә sәfәr etmәdiyini vә lazımi dәstәyi vermәdiyini bildirәn Mövlud Çavuşoğlu Türkiyәnin üzlәşdiyi әn ciddi tәhlükә qarşısında belә Aİ-nin Türkiyәni tәk qoyduğunu deyib.

Türkiyә-Ai arasındakı müzakirәlәrin siyasi sәbәblәrdәn  dayandığını ifadә edәn Mövlud Çavuşoğlu qeyd edib ki, әlimizdә yalnız qaçqınlarla bağlı bağlanan müqavilә qaldı. Türkiyә 2016-cı ildәn etibarәn müqavilә çәrçivәsindәki öhdәliklәrinә әmәl edir. Avropa İttifaqı isә öhdәliklәrinә әmәl etmәdi, әmәl etmәk istәmәdi.

Nazir Mövlud Çavuşoğlu Korkok ilә keçirdiyi görüşdә iki ölkә arasındakı münasibәtlәrin bütün aspektlәrini müzakirә etdiklәrini deyib.

‘‘Xüsusilә iqtisadi әlaqәlәrimizә әhәmiyyәt veririk. Bu çәrçivәdә ticarәt hәcmimiz 1,5 milyard dolları keçib. İki ölkә arasındakı ticarәt hәcmini 5 milyard dollara çatdırmağı hәdәflәyirik’’,-deyә Türkiyәnin xarici işlәr naziri vurğulayıb.

Suriyadakı vәtәndaş müharibәsinә dә toxunan Mövlud Çavuşoğlu deyib: ‘‘ Yeganә hәllin siyasi hәll yolu olduğuna inanırıq. Qarşıdakı dövrdә siyasi prosesә daha çox әhәmiyyәt verәcәyik’’.

Slovakiya xarici işlәr naziri İvan Korkok isә öz növbәsindә bildirib ki, Türkiyә çox әhәmiyyәtli müttәfiqimizdir.

 



Әlaqәli Xәbәrlәr