Türkiyə Nigeriyada təşkil edilən terror hücumlarını kəskin qınayıb

Türkiyə Nigeriyanın Borno əyalətinin Qudumbal bölgəsində Boko Haram tərəfindən təşkil edilən terror hücumlarını kəskin qınadığını bildirdi.

1601188

Xarici İşlər Nazirliyin mövzuyla bağlı açıqlamasında 12 mart tarixində bir hərbi konvoya edilən terror hücumunda 19 əsgərin öldüyü və 13 nəfərin yaralandığının dərin kədərlə öyrənildiyi ifadə edilib.

Açıqlamada "Bu mənfur terror aktını qətiyyətlə qınayırıq, həyatını itirənlərin ailələrinə və dost və qardaş Nigeriya xalqına və hökumətinə səmimi qəlbdən başsağlığı verir və yaralılara tezliklə sağalmalarını diləyirik" ifadələrindən istifadə edilib.

Әlaqәli Xәbәrlәr