Türkiyənin Kovid-19 əleyhinə mübarizəsi veb saytda şərh edilir

Türkiyənin koronavirus (Kovid-19) əleyhinə apardığı mübarizə istifadəyə verilən yeni veb saytında təfərrüatlarla şərh edilir.

1600076
Türkiyənin Kovid-19 əleyhinə mübarizəsi veb saytda şərh edilir

Prezident administrasiyasının ictimaiyyətlə əlaqələr idarəsi tərəfindən istifadəyə verilən “turkiyestopscovid.com” internet saytında Türkiyədə koronavirusun (Kovid-19) qeydə alındığı 11 Mart 2020 tarixindən bəri epidemiya əleyhinə aparılan mübarizə ilə əlaqəli bütün təfərrüatlara dair məlumatların əldə edilməsinə imkan yaradılıb.

“İnsanlıq üçün” şüarıyla Türk və İngilis dillərində hazırlanan saytda Türkiyənin pandemiya prosesi çərçivəsində həm öz vətəndaşları, həm də bütün dünya üçün etdiyi işlər şərh edilib.

Kovid-19 əleyhinə mübarizə çərçivəsində Türkiyənin atdığı addımlar təsvir olunan saytda Türkiyənin bu prosesdə səhiyyə, təhsil, sosial və iqtisadi yardımlar ilə əlaqəli tətbiqləri şərh edilib.



Әlaqәli Xәbәrlәr