Süleyman Soylu PKK-ya qarşı aparılan amansız mübarizәdәn danışıb
Türkiyәnin daxili işlәr naziri Süleyman Soylu son dörd ayda separatçı terror tәşkilatı PKK-nın ölkә daxilindәki terrorçularının sayının 83% azaldığını söylәyib.
Türkiyәnin daxili işlәr naziri Süleyman Soylu son dörd ayda separatçı terror tәşkilatı PKK-nın ölkә daxilindәki terrorçularının sayının 83% azaldığını söylәyib.
‘‘ Terror tәşkilatı PKK qәtliamlar törәdәn, narkotik ticarәti ilә mәşğul olan, günahsız insanları qәtlә yetirәn bir terror tәşkilatıdır. Son dörd ayda separatçı terror tәşkilatı PKK-nın ölkә daxilindәki terrorçularının sayı 83% azalıb. Terror tәşkilatının sıralarına qoşulanların sayı da azalıb. Terror tәşkilatının düşәrgәlәrindәn qaçanların sayı isә artıb. 2019-cu ildә terror tәşkilatının sıralarına 132 nәfәr qoşulub. 2020-ci ildә isә yalnız 53 nәfәr terror tәşkilatının sıralarına qoşulub.2021-ci ildә isә terror tәşkilatının sıralarına 2 nәfәr qoşulub. 2020-ci ildә tәhlükәsizlik qüvvәlәrinә tәslim olan terrorçu sayı 243-ә çatıb’’,-deyә Türkiyәnin daxili işlәr naziri vurğulayıb.
Әlaqәli Xәbәrlәr
Türkiyə prezidenti ilə Ermənistan Baş naziri arasında telefon danışığı oldu
Türkiyə Prezident Administrasiyası İctimaiyyətlə Əlaqələr Departamentinin məlumatına görə ...
Türkiyə Azərbaycanın gələcəyinə təmiz nəfəsi artırır
Göndərilən tinglər Qarabağ və paytaxt Bakıda torpağa qovuşacaq