Serbiya prezidenti Türkiyәnin bu ölkәdәki sәfirini qәbul edib

Bu barәdә Serbiya Prezident Administrasiyasının mәtbaut xidmәtindәn verilәn mәlumatda bildirilib.

1598058
Serbiya prezidenti Türkiyәnin bu ölkәdәki sәfirini qәbul edib

 

Serbiya prezidenti Aleksandr Vucic Türkiyәnin bu ölkәdәki sәfiri Tanju Bilgiçi qәbul edib.

Bu barәdә Serbiya Prezident Administrasiyasının mәtbaut xidmәtindәn verilәn mәlumatda bildirilib. Görüşdә ikitәrәfli münasibәtlәr vә xüsusilә iqtisadiyyat sahәsindәki proseslәr müzakirә olunub.

Türkiyә ilә Serbiya arasındakı münasibәtlәrә diplomatik sәylәri ilә öz töhfәsini verәn sәfir T.Bilgiçә tәşәkkür edәn A.Vucic  iki ölkә arasındakı siyasi dialoqun son illәrdә inkişaf etmәyә davam etdiyini vurğulayıb.

Aleksandr Vucic iki ölkә arasındakı ticarәt dövriyyәsinin son dörd ildә iki dәfә artığını, Türkiyә ilә Serbiya arasındakı әmәkdaşlığın әn yüksәk sәviyyәdә olduğunu ifadә edib.

Sәfir Tanju Bilgiç dә öz növbәsindә  Serbiyada minәdәk Türk şirkәtinin fәaliyyәt göstәrdiyini  vә Serbiya bazarlarındakı müsbәt şәrait sayәsindә  şirkәtlәrin sayının daha da artacağını söylәyib.



Әlaqәli Xәbәrlәr