Məşhur aktyor Rasim Öztekin vəfat etdi

Türk teatrının məşhur aktyoru, “Səksənlər” serialının güldürən “Fehmi”-si 62 yaşlı Rasim Öztekin, vəfat etdi.

1597926
Məşhur aktyor Rasim Öztekin vəfat etdi

“Serial, teatr və kino aktyoru Rasim Öztekin keçirdiyi ürəktutmasından sonra Dr. Siyami Ersek Ürək və Damar Cərrahiyyəsi Təhsil və Araşdırma Xəstəxanasında göstərilən bütün müdaxilələrə baxmayaraq dünən həyatını itirdi.

Prezident Rəcəb Tayyib Ərdoğan sənətçi Rasim Öztekinin vəfatından sonra başsağlığı mesajı verib. Ərdoğan, Öztekinin fotoşəklini paylaşdığı sosial media hesablarındakı açıqlamasında: “ Vəfatından dərin kədər duyduğum ölkəmizin dəyərli aktyorlarından Rasim Öztekinin başda ailəsi olmaqla bütün sevənlərinə və sənət ictimaiyyətimizə başsağlığı verirəm”.

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Twitter hesabından paylaşdığı başsağlığı mesajında: “Hörmətli teatr və kino sənətçisi, bir ənənənin son nümayəndələrindən Rasim Öztekinin həyatını itirdiyini kədərlə öyrəndim. Allahdan ona rəhmət diləyir, ailəsinə və bütün yaxınlarına başsağlığı verirəm. Məkanı cənnət olsun”.

Vitse-prezident Fuat Oktay: “televiziya seriallarımızın, teatrımızın və kinomuzun sevilən siması ustad aktyor Rasim Öztekinin vəfatından kədər duydum. Öztekin ailəsinə başsağlığı verir, mərhuma allahdan rəhmət diləyirəm”.

Türkiyə Radio və Televiziya Təşkilatınin (TRT) İdarə heyətinin Başçısı və Baş direktoru İbrahim Əren də Twitter hesabından paylaşdığı açıqlamasında: “TRT ailəmizin dəyərli üzvü, 80-ci illər seriallarımızın atası, kino və teatrın məşhur siması Rasim Öztekinin sağalmasını və yenidən çəkimlərə qayıtmasını gözləyərkən vəfat xəbəri ilə sarsıldıq. Mərhuma allahdan rəhmət diləyin ailəsinə və bütün sevənlərinə başsağlığı veririk”.



Әlaqәli Xәbәrlәr