Prezident Rəcəb Tayyib Ərdoğan: "Planda əsil həlledici faktor millətin ehtiyacı və tələbləridir"

Prezident Rəcəb Tayyib Ərdoğan Beştepe Millət Konqres və Mədəniyyət Mərkəzində İnsan Hüquqları üzrə Fəaliyyət Planını təqdimetmə mərasimində çıxış edib.

1593637
Prezident Rəcəb Tayyib Ərdoğan: "Planda əsil həlledici faktor millətin ehtiyacı və tələbləridir"

"İnsan Haqları Fəaliyyət Planının hazırlanmasında əsil həlledici faktor millətin ehtiyac və tələbləridir".

Bunu prezident Rəcəb Tayyib Ərdoğan Beştepe Millət Konqres və Mədəniyyət Mərkəzində İnsan Haqları Fəaliyyət Planını təqdimetmə mərasimində deyib.

İnsan Haqları üzrə Fəaliyyət Planının 2 illik bir müddətdə həyata keçirilmək üzrə hazırlandığını vurğulayan dövlət başçısı "Gələcəyə baxışı azad fərd, güclü ictimaiyyət, demokratik Türkiyə olaraq ortaya qoyulan əməliyyat planımız 11 təməl prinsip ilə başlanır" deyib.

Ərdoğan bu prinsiplərdən ilk 3-nü aşağıdakı kimi sıralayıb.

1- İnsan doğulduğu gündən sahib olduğu vazkeçilməz haqları ilə yaşayır. Dövlətin əsas məqsəd və vəzifəsi bu haqları qorumaq və inkişaf etdirməkdir.

2- İnsan ləyaqəti bütün haqların mahiyyəti olaraq, hüququn təsirli qoruması altındadır.

3- Dil, irq, rəng, cinsiyyət, siyasi fikir, fəlsəfi inanc, din, məzhəb və bənzər səbəblər əsasında heç bir ayrı-seçkilik edilmədən hər kəs qanun qarşısında bərabərdir.

Prezident İnsan Haqları Fəaliyyət Planının 9 məqsədini aşağıdakı kimi sadalayıb:

1- Daha güclü insan hüquqlarını qoruma sistemi

2- Məhkəmə sisteminin müstəqilliyinin və ədalətli mühakimə olunma hüququnun inkişafı

3- Hüquqi proqnozlaşdırma və şəffaflıq

4- İfadə, təşkilatlanma və din azadlığının qorunması və inkişafı

5- Şəxsi azadlığın və təhlükəsizliyin gücləndirilməsi

6- Şəxsin maddi və mənəvi bütövlüyünün və şəxsi həyatının zəmanət altına alınması

7- Mülkiyyət hüquqlarının daha təsirli qorunması

8- Kövrək qrupların qorunması və sosial rifahın gücləndirilməsi

9- İnsan haqları ilə bağlı yüksək səviyyəli inzibati və sosial şüur



Әlaqәli Xәbәrlәr