Çanaqqala və İzmir sahillərində 56 qaçqın xilas edildi

Çanaqqalada Sahil  mühafizə   dəstələri  Ayvacıkın Sivrice qəsəbəsində  dəniz  sularında qapalı  qalan  qaçqınları   xilas  edib.

1593173
Çanaqqala və İzmir sahillərində 56 qaçqın xilas edildi

 

Məlumata  görə  sahil  mühafizə  dəstələrinin  dənizdə  qapalı  qaldıqlarını təsbit  etdikləri  sığınmacılar Yunanistan Sahil mühafizə  qüvvələri   tərəfindən  Türkiyə  sahillərinə  qaytarılıb. Xilas  edilən   33 qaçqın Ayvacık Əcnəbilərin Deportasiya   Mərkəzinə   cəlb  olunublar.

İzmirin Çeşme qəsəbəsində  isə olduqları  qayığın  sürüşməsi səbəbindən kömək  tələb  edən  23  sığınmaçı  sahil   mühafizə  dəstələri  tərəfindən  xilas  edilərək  vilayət  İmmiqrasiya İdarəsinə  təhvil verilib.  



Әlaqәli Xәbәrlәr