Türkiyә Qızıl Aypara Cәmiyyәti 250 aztәminatlı ailәyә humanitar yardım çatdırıb
Türkiyә Qızıl Aypara Cәmiyyәti Balkan ölkәsi olan Bosniya vә Herseqovinadakı 250 aztәminatlı ailәyә yardım bağlamaları paylayıb.
Türkiyә Qızıl Aypara Cәmiyyәti Balkan ölkәsi olan Bosniya vә Herseqovinadakı 250 aztәminatlı ailәyә yardım bağlamaları paylayıb.
Bu barәdә Türkiyә Qızıl Aypara Cәmiyyәtinin Bosniya vә Herseqovina üzrә rәsmisi Suat Sokullu mәlumat verib.
S.Sokullu ilk olaraq ölkәnin qәrbindәki Livno şәhәrindәki 50 aztәminatlı ailәyә humanitar yardım çatdırdıqlarını deyib.Yardım bağlamalarının ölkәnin şimal-qәrbindәki Bihac, Cazin vә Kljuk şәhәrlәrindәki aztәminatlı ailәlәrә dә çatdırılacağını vurğulayıb. S. Sokullu Türkiyә Qızıl Aypara Cәmiyyәtinin Bosniya vә Herseqovinadakı fәaliyyәtlәrini davam etdirәcәyini deyib.
2018-ci ildәn etibarәn Bosniya vә Herseqovinada fәaliyyәt göstәrәn vә bu günәdәk ölkәdәki aztәminatlı ailәlәrә 20 min yardım bağlaması çatdıran Türkiyә Qızıl Aypara Cәmiyyәti Xorvatiya ilә sәrhәddә yerlәşәn Una Sana Kantonudakı qaçqınlara da vaxtaşırı humanitar yardım çatdırmağa davam edir.
Әlaqәli Xәbәrlәr
Türkiyə prezidenti ilə Ermənistan Baş naziri arasında telefon danışığı oldu
Türkiyə Prezident Administrasiyası İctimaiyyətlə Əlaqələr Departamentinin məlumatına görə ...
Türkiyə Azərbaycanın gələcəyinə təmiz nəfəsi artırır
Göndərilən tinglər Qarabağ və paytaxt Bakıda torpağa qovuşacaq