Türkiyə Nigeriyada törədilən terror aktını qınadı

Türkiyə Qərbi Afrika ölkəsi olan Nigeriyanın Borno əyalətində törədilən terror hücumunu qınadı.

1590231
Türkiyə Nigeriyada törədilən terror aktını qınadı

Türkiyə Qərbi Afrika ölkəsi olan Nigeriyanın Borno əyalətində törədilən terror hücumunu qınadı. 

Xarici İşlər Nazirliyindən verilən bəyanatda deyilir:"Ölkənin Borno əyalətində Boko Haram qruplaşması tərəfindən törədilən terror aktı nəticəsində 10 nəfərin həlak olması və çox sayda adamın yaradılması ilə bağlı xəbər bizi kədərləndirir. Bu xain hücumu qınayırıq. Hücum nəticəsində həyatını itirənlərin ailələri ilə dost və qardaş Nigeriya xalqına dərin hüznlə başsağlığı veririk, xəsarət alanlara şəfa diləyirik". 

Borno əyalətinin valisi Maidiquri bölgəsində törədilən partlayışlar və silahlı hücumlar nəticəsində 10 nəfərin öldüyünü, 60 nəfərin də yaralandığını bildirmişdi. 



Әlaqәli Xәbәrlәr