Türkiyə “Mavi Vətən–2021”ə başlayır

Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat verərək bildirib

1590180
Türkiyə “Mavi Vətən–2021”ə başlayır
Türkiyə_Mavi Vətən təlimləri_2021...jpg

 

  Türkiyənin Hərbi Donanmasının fevralın 25-dən martın 7-dək keçiriləcək “Mavi Vətən–2021” təlimlərinə 87 gəmi, 27 təyyarə və 20 helikopter cəlb olunacaq.

  Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat verərək bildirib: “Ölkənin Hərbi Donanması ilə yanaşı, Quru Qoşunları və Hərbi Hava Qüvvələrinin də iştirak edəcəyi təlimlər Egey və Aralıq dənizlərinin Türkiyəyə aid ərazi sularında keçiriləcək. Təlimlərdə pilotsuz uçuş aparatlarının (PUA) dəniz əməliyyatlarında operativ və taktiki sınaqlarının keçirilməsi, Hərbi Dəniz Qüvvələrinə bağlı qərargah, birlik və gəmilərin hazırlıq səviyyəsinin qiymətləndirilməsi nəzərdə tutulur.

  Təlimlərə Hərbi Donanmanın 82 gəmi, 5 dəniz polisi təyyarəsi, 12 dəniz helikopteri, PUA-lar, “Amfibiya” dəniz piyada birlikləri və SAT/SAS qrupları, Quru Qoşunlarına aid helikopterlər, Hərbi Hava Qüvvələrinin F-16, F-4 qırıcı təyyarələri, eləcə də Havadan Xəbərdarlıq və Nəzarət (HİK) təyyarələri, Sahil Mühafizə Xidməti və digər qurumların qüvvələri də cəlb ediləcək.



Әlaqәli Xәbәrlәr