İbrahim Kalın Aİ sözçüsünə sərt reaksiya verdi

İbrahim Kalın Avropa İttifaqı (Aİ) Komissiyasının sözçüsü Peter Stanonun sözlərinə reaksiya göstərib.

1589561
İbrahim Kalın Aİ sözçüsünə sərt reaksiya verdi

Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın Avropa İttifaqı (Aİ) Komissiyasının sözçüsü Peter Stanonun "Türkiyə insan haqlarına, qanunun üstünlüyünə və azadlıqlara hörmətlə yanaşmalıdır" sözlərinə reaksiya göstərib.

Kalın "Twitter" hesabından Stanoya müraciətlə ingilis dilində bunları yazıb:

"Bir dəfə də olsa, bəlkə Qarada 13 nəfəri vəhşicəsinə qətl edən Aİ siyahısında olan terror təşkilatı PKK haqqında narahat ola bilərsiniz. Yoxsa bu, PKK lobbisi ilə başınızı bəlaya salar?"

Xatırladaq ki, Stano Xalqların Demoktarik Partiyası millət vəkillərinə yönəldilmiş "artan təzyiqdən" narahat olduğunu və Türkiyənin insan haqlarına, qanunun üstünlüyünə və azadlıqlara hörmətlə yanaşmasının vacibliyi barədə açıqlama vermişdi.



Әlaqәli Xәbәrlәr