PKK/YPG üzvü dörd terrorçu zərərsizləşdirilib, bir terrorçu təslim olub

Suriyada "Sülh çeşməsi" əməliyyatının həyata keçirildiyi bölgədə terror təşkilatı PKK/YPG üzvü dörd terrorçu zərərsizləşdirilib.

1589161
PKK/YPG üzvü dörd terrorçu zərərsizləşdirilib, bir terrorçu təslim olub

Suriyada "Sülh çeşməsi" əməliyyatının həyata keçirildiyi bölgədə terror təşkilatı PKK/YPG üzvü dörd terrorçu zərərsizləşdirilib.

Milli Müdafiə Nazirliyinin (MMN) verdiyi açıqlamada "Sülh çeşməsi" əməliyyatının keçirildiyi bölgəyə daha bir girmə təşəbbüsünün qarşısının alındığı bildirilib. 
Açıqlamada sülh və təhlükəsizlik mühitini pozmaq üçün hücum və bölgəyə girməyə cəhd edən PKK/YPG üzvü 4 terrorçunun komandolar tərəfindən zərərsizləşdirildiyi qeyd edilib.

Digər tərəfdən, Daxili İşlər Nazirliyi inandırma səyləri nəticəsində daha bir terrorçunun təhlükəsizlik qüvvələrinə təslim olduğunu açıqlayıb.

Beləliklə, təlqinlər nəticəsində təslim olan terrorçuların sayı 2021-ci ildə 29-a çatıb.



Әlaqәli Xәbәrlәr