PKK-ya meşələri yandırması üçün təlimat verən terrorçu zərərsizləşdirilib

PKK/YPG üzvləri tərəfindən meşə yanğınları törədilməsi üçün göstəriş verən terrorçu həyata keçirilən əməliyyat nəticəsində zərərsizləşdirilib.

1589135
PKK-ya meşələri yandırması üçün təlimat verən terrorçu zərərsizləşdirilib

Ttürkiyənin Hatay şəhərində bölücü terror təşkilatı PKK/YPG üzvləri tərəfindən meşə yanğınları törədilməsi üçün göstəriş verən terrorçu 20 oktyabr 2020-ci ildə həyata keçirilən Milli Kəşfiyyat Təşkilatının (MİT) əməliyyatı nəticəsində zərərsizləşdirilib. 

Təhlükəsizlik qaynaqlarından əldə edilən məlumata görə, keçən il 9 oktyabr tarixində Hatay şəhərinin Belen mahalında 9-u meşə sahəsində olmaqla 15 fərqli nöqtədə baş verən, küləyin təsiri ilə İskəndərun və Arsuz bölgələrinə yayılan və yaşayış yerlərində də təsirli olan bölücü terror təşkilatı PKK-ya mənsub sözdə "atəşin uşaqları təşəbbüsü" qrupunun törətdiyi iddia edilən yanğınlardan sonra genişmiqyaslı istintaq aparılıb.

Ölkə daxilində və sərhədlərdən kənarda fəaliyyətlərini artıran MİT Türkiyədəki terror təşkilatı PKK ünsürlərinə meşə yandırma təlimatı verən terrorçunun "Demhat Sperti" kod adlı Məsud Tufanı olduğunu dəqiqləşdirdi.

Terror təşkilatı tərəfindən "Çuxur" əməliyyatları zamanı edilən bombalı hücumlarda istifadə edilən partlayıcı maddələrin daşınmasına imkan yaradan M. Taşkın Türkiyədə həyata keçirilməsi planlaşdırılan terror aktında istifadə edilmək üçün Suriyadan partlayıcı maddə nəql etməyə cəhd edərkən MİT tərəfindən müəyyən edilmişdir. 

Keçən il 20 oktyabr tarixində terror təşkilatı tərəfindən yaradılan torpaq istehkamında yanındakı terrorçu ilə partlayıcı maddənin ötürülməsi zamanı silahlı pilotsuz uçuş aparatı ilə görüntülənən terrorçu zərərsizləşdirilib.

Əməliyyatda Taşkının yanındakı təşkilat üzvü də vurulub.



Әlaqәli Xәbәrlәr