Türkiyə Somalidəki vəziyyətdən narahatlığını bildirib

Türkiyə Somalidə seçki prosesi ilə əlaqədar yaranan mübahisələrlə bağlı vəziyyətdən narahatlığını dilə gətirib.

1587943
Türkiyə Somalidəki vəziyyətdən narahatlığını bildirib

Türkiyə Somalidə seçki prosesi ilə əlaqədar yaranan mübahisələrlə bağlı vəziyyətdən narahatlığını dilə gətirib.

Xarici İşlər Nazirliyi Somalidəki seçki prosesi ilə əlaqədar yaydığı bəyanatda "Somalidəki seçki prosesi ilə bağlı yaranan mübahisə barədəki son vəziyyət Türkiyəni narahat edir" deyilib.

Bəyanatda bütün tərəflər zorakılığa səbəb ola biləcək hərəkətlərdən imtina edərək sağlam düşüncə ilə davranmağa çağırılıb.

Bəyanatda "Federal hökumət ilə Regional İdarəetmə liderlərinin bir araya gələrək, 17 sentyabr 2020-ci ildə əldə edilmiş konsensus əsasında mübahisələri əhatəli və konstruktiv bir dialoqla həll etməyə çalışması vacibdir" deyə bildirilib.

Türkiyənin dost və qardaş Somali xalqının öz gələcəyini təyin etmək üçün yetkinliyə və siyasi iradəyə sahib olduğuna olan inam vurğulanıb:

"Bu çərçivədə qarşılıqlı razılaşma əsasında seçki prosesi mövzusunda daha çox yubanmadan uzlaşma təmin olunmasını təmənni edirik".

Qeyd edək ki, Somali müxalifətinin prezidentliyə namizədləri prezident Məhəmməd Abdullah Fermacunun səlahiyyət müddəti 8 fevralda bitməsinə baxmayaraq postunda qalmasına etiraz olaraq 15 fevralda xalqı küçələrə çağırıb.



Әlaqәli Xәbәrlәr