Türkiyə Nigerə başsağlığı verib

Türkiyə Nigerdə ​​Müstəqil Milli Seçki Komissiyasına məxsus avtomobilin partlaması nəticəsində həyatını itirənlər üçün başsağlığı verib.

1588016
Türkiyə Nigerə başsağlığı verib

Türkiyə Nigerdə ​​Müstəqil Milli Seçki Komissiyasına məxsus avtomobilin partlaması nəticəsində həyatını itirənlər üçün başsağlığı verib.

Xarici İşlər Nazirliyinin açıqlamasında Nigerdə keçirilən prezident seçkilərinin ikinci turunda vəzifə icra edən Müstəqil Milli Seçki Komissiyasına aid bir avtomobilin dünən Tillaberi bölgəsində minanın üzərindən keçməsi nəticəsində baş verən partlayışda seçki məntəqəsində vəzifəli 7 işçinin həyatını itirməsinin və 3 nəfərin ağır yaralanmasının dərin təəssüf hissi ilə öyrənildiyi bildirilib.

Açıqlamada "Dost və qardaş Niger xalqının və hökumətinin acısını paylaşır, həyatını itirənlərə Allahdan rəhmət və yaxınlarına başsağlığı diləyirik" ifadəsi yer alıb.

Yerli mediada yer alan xəbərlərə görə, ölkənin qərsində yerləşən Tillaberi bölgəsindəki Darqol mahalında seçki komissiyası üzvlərini daşıyan nəqliyyat vasitəsi keçərkən yolda yerləşdirilmiş minanın partlaması nəticəsində 7 nəfər həlak olmuş, 3 nəfər isə yaralanmışdır.



Әlaqәli Xәbәrlәr