Hulusi Akar: "Terrorla mübarizədə müttəfiqlərin birlik və həmrəylik göstərməsi vacibdir"

Milli Müdafiə naziri Hulusi Akar NATO-ya üzv dövlətlərin müdafiə nazirlərinin toplantısını qiymətləndirib.

1586482
Hulusi Akar: "Terrorla mübarizədə müttəfiqlərin birlik və həmrəylik göstərməsi vacibdir"

"Terrorla mübarizədə müttəfiqlərin birlik və həmrəylik göstərməsinin vacibliyini vurğuladıq".
Bunu Milli Müdafiə naziri Hulusi Akar NATO-ya üzv dövlətlərin müdafiə nazirlərinin toplantısını qiymətləndirərkən deyib.

Videokonferans metodu ilə iki gün Türkiyəni NATO-ya üzv dövlətlərin müdafiə nazirlərinin yığıncağında təmsil edən Nazir H. Akar "Ölkəmizə qarşı lisenziyaların məhdudlaşdırılması, sanksiya cəhdləri və təhdidlərin alyansın gücünü zəiflətdiyini açıq şəkildə müttəfiqlərimizin diqqətinə çatdırdıq" deyə bildirib. 

"Müttəfiqlər güclü olacağı təqdirdə alyansın da güclü olacağını ifadə etdik. Müttəfiqlərin terrorla mübarizədə birlik və həmrəylik göstərməsinin vacibliyini vurğuladıq. NATO-da üzvlüyünün 69-cu ildönümünü qeyd edən Türkiyənin alyansdakı öhdəliklərini tam şəkildə yerinə yetirməyə və ittifaqda fəal rol oynamağa davam edəcəyini də dilə gətirdik" -deyə nazir Akar vurğulayıb.



Әlaqәli Xәbәrlәr