R.T.Әrdoğan Nazirlәr Kabinetinin iclasından sonra әhәmiyyәtli bәyanatlar verib

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan Nazirlәr Kabinetinin iclasından sonra әhәmiyyәtli bәyanatlar verib.

1585753
R.T.Әrdoğan Nazirlәr Kabinetinin iclasından sonra әhәmiyyәtli bәyanatlar verib

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan Nazirlәr Kabinetinin iclasından sonra әhәmiyyәtli bәyanatlar verib.

Rәcәb Tayyib Әrdoğan deyib: ‘‘ Xalqımız Türkiyәni diz çökdürmәyә çalışanlara tarixi dәrs verdi. 2015-ci ilin iyul ayından bu günәdәk sәrhәdlәrimiz daxilindә vә sәrhәddәn kәnarda hәyata keçirilәn әmәliyyatlar zamanı 401-i әsgәr, 443-ü jandar, 299-u  polis vә 116-sı kәnd mühafizәçisi olmaqla 1259 tәhlükәsizlik xidmәti әmәkdaşımız şәhid olub. Ölkә daxilindә 6 min, sәrhәddәn kәnarda 6 min 900 olmaqla ümumilikdә 12 min 900-dәn çox terrorçu mәhv edilib. Zәrәrsizlәşdirilәn terrorçuların sayı da 17 min 750-yә çatıb. Ölkәmizә haqq, әdalәt, azadlıq vә demokratiya ilә bağlı dәrs vermәk istәyәnlәrә әvvәlcә güzgüyә baxın vә öz hәqiqәtlәrinizlә üzlәşin deyirәm’’.

Türkiyә prezidenti  bildirib ki, terrorla mübarizә mәsәlәsi hәr növ siyasi mübahisә vә gündәlik polemikalardan daha әhәmiyyәtli mәsәlәdir.



Әlaqәli Xәbәrlәr