Hulusi Akar NATO-nun müdafiә nazirlәri sәviyyәsindәki iclasına qatılıb

Bu barәdә Milli Müdafiә Nazirliyinin rәsmi ‘‘Twitter’’ sәhifәsindә verilәn bәyanatda bildirilib.

1585756
Hulusi Akar NATO-nun müdafiә nazirlәri sәviyyәsindәki iclasına qatılıb

Türkiyәnin milli müdafiә naziri Hulusi Akar NATO-nun müdafiә nazirlәri sәviyyәsindәki iclasına qatılıb.

Bu barәdә Milli Müdafiә Nazirliyinin rәsmi ‘‘Twitter’’ sәhifәsindә verilәn bәyanatda bildirilib. Nazir Hulusi Akarın iclasda Türkiyәnin NATO-ya verdiyi töhfәlәr ilә milli fәaliyyәtlәrlә bağlı fikirlәr vә tәkliflәrini dilә gәtirdiyi vurğulanıb.

Qeyd edәk ki, NATO-nun Baş katibi Yens Stoltenberq iclasdan sonra bәyanatlar verib.

Yens Stoltenberq Türkiyәnin NATO-nun әn әhәmiyyәtli müttәfiqlәrindәn biri olduğunu vә terror tәşkilatı DEAŞ ilә mübarizә mәsәlәsinә ciddi töhfәlәr verdiyini söylәyib.
‘‘Türkiyә terror hücumlarından әn çox tәsirlәnәn NATO müttәfiqidir’’ deyәn Yens Stoltenberq hazırda Türkiyәnin milyonlarla qaçqına ev sahibliyi etdiyini xatırladıb.
 



Әlaqәli Xәbәrlәr