Bir sıra ölkələr 13 günahsız insanın qətli ilə bağlı Türkiyəyə başsağlığı veriblər

Bir sıra ölkələr İraqın Qara bölgəsində bölücü terror təşkilatı PKK tərəfindən şəhid olan 13 Türkiyə vətəndaşı ilə əlaqədar başsağlığı verməkdə davam edirlər.

1584946
Bir sıra ölkələr 13 günahsız insanın qətli ilə bağlı Türkiyəyə başsağlığı veriblər

İsveçin Xarici İşlər naziri Ann Linde İraqın Qara bölgəsində bölücü terror təşkilatı PKK tərəfindən şəhid olan 13 Türkiyə vətəndaşı ilə əlaqədar başsağlığı verib.

Ann Linde "Twitter" hesabında bununla bağlı  yazıb:

"Şimali İraqdakı terror aktında həyatını itirən Türkiyə vətəndaşlarının ailələrinə dərin hüznlə başsağlığı verirəm. Türk xalqı ilə həmrəyik".

Ukrayna da xain terror aktını qınayıb.

Ukraynanın Xarici İşlər Nazirliyinin "Twitter" hesabında türk dilində edilən paylaşımda Şimali İraqda Türk vətəndaşlarının şəhid olması xəbərinin dərin kədərlə öyrənildiyi ifadə edilib:

"Dost Türk xalqına və həyatını itirənlərin ailələrinə və yaxınlarına səmimi başsağlığı veririk. Silahsız insanların qatilləri ən sərt şəkildə qınanmağa layiqdirlər".

Rusiya və Danimarkanın Ankaradakı səfirlikləri də 13 şəhid üçün başsağlığı verib.



Әlaqәli Xәbәrlәr