F. Koca: "Bu ölkə ilə fəxr etmək üçün çox səbəbimiz var"

Hollandiyanın "RTL Nieuws" telekanalı Türkiyədəki  səhiyyə işçilərinin yeni növ koronavirus (Covid-19) peyvəndi tətbiqetmə fəaliyyətlərini nümunə göstərib.

1583152

Səhiyyə naziri Fahrettin Koca  ictimai mediadakı hesablarından "RTL Nieuws" telekanalnın səhiyyə işçilərinin Türkiyənin dörd bir tərəfindəki yaşlıların peyvənd olunması üçün mənfi hava şəraitində göstərdiyi fəaliyyətlərlə əlaqəli xəbərləri paylaşıb.

Koca görüntülərlə birlikdə "Bu ölkə ilə fəxr etmək üçün çox səbəbimiz var" ifadəsindən istifadə edib. 

Görüntülərdə aparıcı Hollandiyada bəzi peyvənd vurma yerlərinin mənfi qış şərtləri səbəbilə bağlı olduğuna diqqət çəkir və Türkiyədəki səhiyyə işçilərinin mənfi hava şərtlərində ən ucqar yerlərdə yaşayan vətəndaşlara belə "Covid-19" peyvəndini vurmaq üçün cəhd göstərdiyini vurğulayır.

Daha sonra Vanda işləyən tibb işçilərinin yaşlı vətəndaşları peyvəndləmək üçün qarlı yollardan keçərək kəndlərə getdiyi anlar nümayiş etdirilir.

Әlaqәli Xәbәrlәr