Milli Müdafiә Nazirliyi ‘‘Qış tәlimi-2021’’ tәlimlәri ilә bağlı bәyanat yayıb

Milli Müdafiә Nazirliyi Türkiyә vә Azәrbaycan hәrbçilәrinin Qarsda keçirdiyi ‘‘Qış tәlimi-2021’’ tәlimlәrinin uğurla başa çatdığını açıqlayıb.

1582919

Bu barәdә Milli Müdafiә Nazirliyinin rәsmi ‘‘Twitter’’ sәhifәsindә verilәn mәlumatda bildirilib.

Mәlumatda bu ifadәlәrә yer verilib: ‘‘Türkiyənin milli müdafiə naziri Hulusi Akar, Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Türkiyә Silahlı Qüvvәlәrinin Baş Qәrargah rәisi Yaşar Gülәr, Quru Qoşunları komandanı Ümit Dündar,Hәrbi Dәniz Qüvvәlәrinin komandanı Adnan Özbal vә Hәrbi Hava Qüvvәlәrinin komandanı Hәsәn Küçükkaya fevralın 11-dә icra edilәn tәlimlәri izlәyiblәr. Tәlim zamanı hәrbi hava qüvvәlәrimiz  vә quru qoşunlarımız müәyyәn edilәn hәdәflәri mәhv edib’’.

Әlaqәli Xәbәrlәr