Türkiyәnin milli müdafiә naziri sudanlı hәmkarı ilә görüşüb

Türkiyәnin milli müdafiә naziri Hulusi Akar Ankarada sәfәrdә olan Sudan müdafiә naziri Yassın İbrahim Yassın ilә görüşüb.

1580457
Türkiyәnin milli müdafiә naziri sudanlı hәmkarı ilә görüşüb

 

Türkiyәnin milli müdafiә naziri Hulusi Akar Ankarada sәfәrdә olan Sudan müdafiә naziri Yassın İbrahim Yassın ilә görüşüb.

Milli Müdafiә Nazirliyindәn verilәn bәyanata görә, Hulusi Akar sudanlı hәmkarını hәrbi mәrasimlә qarşılayıb.

Tәkbәtәk baş tutan görüşdәn sonra Hulusi Akar vә Yassın İbrahim Yassın heyәtlәr arasındakı görüşә sәdrlik ediblәr.

İkitәrәfli vә  regional әlaqәlәr ilә tәhlükәsizlik vә müdafiә sәnayesindәki әmәkdaşlığın müzakirә olunduğu görüşdә Türkiyә ilә Sudan arasındakı tarixi dostluq vә qardaşlıq  münasibәtlәrin әhәmiyyәti vurğulanıb.

Görüşdә Türkiyәnin Sudanın yanında olmağa davam edәcәyi, Sudanla müdafiә sәnayesi ilә hәrbi tәlim sahәlәrindә әmәkdaşlığın güclәnәrәk davam etdirilәcәyi bildirilib.

 



Әlaqәli Xәbәrlәr