Türkiyə-ABŞ hərbi dəniz qüvvələrinin Qara dənizdə keçirdiyi birgə təlimi

Türkiyə və ABŞ Donanmalarının Qara dənizdə keçid təlimi keçirilib.

1581017
Türkiyə-ABŞ hərbi dəniz qüvvələrinin Qara dənizdə keçirdiyi birgə təlimi

Türkiyə və ABŞ Donanmalarının Qara dənizdə keçid təlimi keçirilib.

Milli Müdafiə Nazirliyinin verdiyi açıqlamaya görə, Qara dənizdə Hərbi Dəniz Qüvvələri Komandanlığına bağlı "TCG Turgutreis" və "TCG Oruçreis" freqatları ilə ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "USS Porter" və "USS Donald" müharibə gəmiləri arasında ikili dəniz təlimi keçirilib. 

Hərbi Hava Qüvvələri Komandanlığına bağlı F-16-ların və ABŞ-ın dəniz patrul təyyarələrinin iştirak etdiyi təlimin məqsədi iki ölkənin dəniz qüvvələri arasında əməkdaşlığı gücləndirmək və qarşılıqlı fəaliyyətə töhfə verməkdir.

Hərbi Dəniz Komandanlığı, "regional mülkiyyət" prinsipi çərçivəsində Qara dənizin sülhünə və təhlükəsizliyinə töhfə vermək üçün 1 mart 2004-cü ildən bəri Qara Dəniz Ahəngi Əməliyyatını davam etdirir.

Əməliyyat daxilində freqatlar, korvetlər, hücum gəmiləri, sualtı qayıqlar və dəniz patrul təyyarələri ilə Qara dənizdə hərbi güc nümayiş etdirilir, kəşfiyyat və nəzarət həyata keçirilir.

Türkiyənin Hərbi Dəniz Qüvvələri planlaşdırılmış fəaliyyətlər çərçivəsində Qara dənizə daxil olan NATO, dost və müttəfiq donanmalarla hər fürsətdə birgə təlim keçir, Qara dənizə sahili olan ölkələrin keçirdiyi təlimlərdə nizamlı şəkildə iştirak edir.



Әlaqәli Xәbәrlәr