Fuad Oqtay Şimali Kıbrıs Türk Cümhuriyyәtinә sәfәr edәcәk

Türkiyә prezidentinin kömәkçisi Fuad Oqtay fevralın 10-da Şimali Kıbrıs Türk Cümhuriyyәtinә sәfәr edәcәk.

1578823
Fuad Oqtay Şimali Kıbrıs Türk Cümhuriyyәtinә sәfәr edәcәk

 

Türkiyә prezidentinin kömәkçisi Fuad Oqtay fevralın 10-da Şimali Kıbrıs Türk Cümhuriyyәtinә sәfәr edәcәk.

Oqtay sәfәr çәrçivәsindә ilk olaraq Şimali Kıbrıs Türk Cümhuriyyәtinin prezidenti Ersin Tatar, Baş nazir Ersan Saner vә Mәclis sәdri Önder Sennaroğlu ilә görüşәcәk.

Sәfәr zamanı Türkiyә ilә Şimali Kıbrıs Türk Cümhuriyyәti arasındakı Milli Әmәkdaşlıq Protokolu ilә bağlı danışıqlar aparılacaq.

Sәfәrin ikinci günündә Fuad Oqtay İqtisadi Tәşkilatlar Platformasının rәhbәrlәri ilә görüşәcәk.

Türkiyә prezidentinin kömәkçisini Şimali Kıbrıs Türk Cümhuriyyәtinә edәcәyi sәfәr çәrçivәsindә nәqliyyat vә infrastruktur naziri Adil Karaismailoğlu, Türkiyә Prezident Aparatının Kommunikasiya İdarәsinin rәhbәri Fәxrәddin Altun  vә Rəqəmsal Transformasiya Ofisinin rəhbəri Әli Taha Koç müşayiət edəcəklәr.

 

 

 



Әlaqәli Xәbәrlәr