Türkiyə BMT TŞ-nin qərarına reaksiya verib

Türkiyə Birləşmiş Millətlər Təhlükəsizlik Şurasının (BMT TŞ) qərarının Kıbrıs (Kipr) probleminin həllində ədalətsiz qərar verməsinin qəbul edilə bilməyəcəyini bildirib.

1574131
Türkiyə BMT TŞ-nin qərarına reaksiya verib

Türkiyə Birləşmiş Millətlər Təhlükəsizlik Şurasının (BMT TŞ) qərarının Kıbrıs (Kipr) probleminin həllində ədalətsiz qərar verməsinin qəbul edilə bilməyəcəyini bildirib.

Xarici İşlər Nazirliyi bildirib ki,  BMT ŞT-nin 50 ildən artıq bir müddətdir həllini tapmayan " ikitərəfli, iki icmalı federasiya" üzərində israr etməsi və əsasən adadakı iki tərəfin barəsində razılıq əldə edilməsi vacib olan həll yolu mövzusunda ədalətsiz qərar verməsi "qəbuledilməz"dir. BMT TŞ yanvarın 29-da qəbul edilmiş 2561 (2021) saylı qərarı ilə Kıbrıs adasındakı BMT Sülhməramlı missiyasının vəzifə müddətini daha altı ay uzadıb. Şimali Kıbrıs Türk Cümhuriyyətinin bu qərarına reaksiya göstərməsini Türkiyə dəstəkləyir. BMT TŞ-nın Adadakı mövcudluğuna dair ŞKTC səlahiyyətlilərinin razılığına bir daha müraciət edilməyib. Bu vəziyyət BMT-nin əsas və prinsiplərinə ziddir. 

BMT TŞ-nin ŞKTC səlahiyyətlilərinin konstruktiv və yaxşı niyyətli münasibəti sayəsində Adadakı fəaliyyətini hələ də davam etdirdiyinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılacağı ifadə edilən XİN açıqlamasında bu ifadələr yer alıb:

"Digər tərəfdən, BMT Baş Katibi A. Quterreş 8 yanvar 2021-ci il tarixli Xoşməramlı Missiya haqqında hesabatında heç bir həll yoluna istinad etməyib və qarşılıqlı qəbul edilə biləcək bir həll yolunu vurğulamayıb. Vəziyyət bu yerdə ikən, Şuranın 50 ildən artıq bir müddətdir həllini tapmayan "ikitərəfli, iki icmalı federasiya" üzərində israr etməsi və əsasən adadakı iki tərəfin barəsində razılıq əldə edilməsi vacib olan həll yolu mövzusunda ədalətsiz qərar verməsi "qəbuledilməz"dir. Yaxın gələcəkdə keçirilməsi planlaşdırılan qeyri-rəsmi 5 + BMT toplantısı ilə həll yolu üçün ortaq bir zəminin olub olmadığını müəyyənləşdirmək hədəflənir və tərəflərin görüşlərini səmimi olaraq təqdim etmələri gözlənilir.  BMT TŞ-nin həll yolu ortaya qoymayan, təcrübə edilmiş və tükənən prosesi tərvflərə təzyiqlə qəbul etdirmək  əvəzinə, həlli mümkün ola biləcək yeni təklflərin müzakirəsinə imkan yaradacaq zəminin təmini faydalı olardı".



Әlaqәli Xәbәrlәr