Hulusi Akar danışıqlar aparmaq üçün Almaniyaya səfər edəcək

Milli Müdafiə naziri Hulusi Akar danışıqlar aparmaq üçün Almaniyaya səfər edəcək.

1574006
Hulusi Akar danışıqlar aparmaq üçün Almaniyaya səfər edəcək

Milli Müdafiə naziri Hulusi Akar danışıqlar aparmaq üçün Almaniyaya səfər edəcək.

Türkiyədən Almaniyaya yeni ilin ilk yüksək səviyyəli səfəri 2 fevral çərşənbə axşamı günü reallaşacaq.

Milli Müdafiə Naziri Hulusi Akar alman həmkarı Kramp-Karrenbauer ilə Berlində görüşəcək.

Səfərin gündəminin ən vacib mövzusu Şərqi Aralıq dənizi kontekstindəki hadisələr təşkil edəcək.

Almaniyanın müdafiə naziri keçən həftə Yunanıstanın müdafiə nazirləri və Kıbrıs (Kipr) Rum İdarəsinin müdafiə nazirilə görüş keçirmişdi.

Qeyd edək ki, Milli Müdafiə naziri Hulusi Akar ilə həmkarının görüşunun Almaniyanın Şərqi Aralıq dənizindəki gərginliyi azaltmaq üçün həyata keçirdiyi vasitəçilik rolu çərçivəsində olduğu bildirilib.

Almaniyanın müdafiə naziri Türkiyə ilə Yunanıstan arasında 25 yanvarda reallaşan danışıqları məmnuniyyətlə qarşıladığını açıqlamışdı.



Әlaqәli Xәbәrlәr