Ərdoğan: "Türkiyə ABŞ və Çindən sonra ən çox vaksin layihəsi reallaşdıran ölkədir"

Prezident Rəcəb Tayyib Ərdoğan "Hazırda Türkiyədə 3 potensial vaksinin ilkin sınaq mərhələləri başlamaq üzrədir" deyib.

1573008
Ərdoğan: "Türkiyə ABŞ və Çindən sonra ən çox vaksin layihəsi reallaşdıran ölkədir"

Hazırda Türkiyədə 3 potensial vaksinin ilkin sınaq mərhələləri başlamaq üzrədir.

Bunu Prezident Rəcəb Tayyib Ərdoğan Prezdent İqamətgahında "Türkiyə Elmi və Texnoloji Araşdırma Qurumu (TÜBİTAK) və Trükiyə Elmi Akademiyası Elm Mükfatları" mərasimində deyib. 

Dövlət başçısı bildirib ki, ölkədə 436 tədqiqatçının iştirakı ilə 17 vaksin layihəsi həyata keçirilir:

"Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, Türkiyə yeni növ koronavirusla bağlı ABŞ və Çindən sonra ən çox vaksin layihəsi reallaşdıran üçüncü ölkədir. Ümid edirəm ki, öz vaksinini istehsal edən bir ölkə olaraq beynəlxalq arenada ön sıralarda yer alacağıq".

2025-ci ildə Dünya Elm Forumuna ev sahibliyi etməyə hazır olduqlarını bildirən Ərdoğan "Cari il ərzində  yeni bir çağırışla ən az 100 araşdırmaçını da ölkəmizə qazandıracağıq" deyib.

Prezident Ərdoğan çıxışından sonra TÜBİTAK və TÜBA Elm Mükafatlarına layiq görülən iştirakçılara mükafatları təqdim edib.



Әlaqәli Xәbәrlәr