R.T.Әrdoğan Prezident Aparatının Ali Mәslәhәtlәşmә Şurasının iclasına sәdrlik edib

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğanın sәdrliyi ilә keçirilәn Prezident Aparatının Ali Mәslәhәtlәşmә Şurasının iclasında Qәrb ölkәlәrindә artan İslamofobiya vә ksenofobiya mәsәlәlәri müzakirә olunub.

1572513

Mәtbuat üçün qapalı keçirilәn iclas tәxminәn 2,5 saat davam edib.

Türkiyә Prezident Aparatının Kommunikasiya İdarәsinin rәhbәri Fәxrәddin Altun iclasda Qәrb ölkәlәrindә artan İslamofobiya vә ksenofobiya mәsәlәlәrinin müzakirә olunduğunu bildirib.

Fәxrәddin Altun Myanmadan Şәrqi Türküstana, Balkan ölkәlәri vә Qafqazdan Fәlәstinәdәk müxtәlif coğrafiyalarda da müsәlmanlara qarşı qırğınların, zülmün, tәzyiqin,  işğalların vә fanatizmin müşahidә olunduğunu bildirib.

‘‘Şura üzvlәri İslam dünyasının daxili qarşıdurmalardan qurtarılıb birlik vә bәrabәrliyinin güclәndirilmәsi mövzuları әrtafında fikir mübadilәsi aparıblar’’,-deyә Türkiyә Prezident Aparatının Kommunikasiya İdarәsinin rәhbәri qeyd edib.

Әlaqәli Xәbәrlәr