2021-ci ilin ilk Milli Tәhlükәsizlik Şurasının iclası yanvarın 28-dә keçirilәcәk

Milli Tәhlükәsizlik Şurasının iclası  Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğanın sәdrliyi ilә yanvarın 28-dә keçirilәcәk.

1571285
2021-ci ilin ilk Milli Tәhlükәsizlik Şurasının iclası yanvarın 28-dә keçirilәcәk

 

Milli Tәhlükәsizlik Şurasının iclası  Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğanın sәdrliyi ilә yanvarın 28-dә keçirilәcәk.

2021-ci ilin  ilk iclasında Şәrqi Aralıq dәnizindәki proseslәr, Türkiyә ordusunun Azәrbaycan, Liviya vә Suriyadakı fәaliyyәtlәri ilә terrorla mübarizә mәsәlәlәri başda olmaqla strateji mövzuların müzakirә edilmәsi gözlәnilir.

Türkiyә ilә Yunanıstan arasında Egey vә Şәrqi Aralıq dәnizlәrindәki problemlәri müzakirә etmәk üçün yenidәn başlanılan araşdırma görüşlәrinin iclasın gündәliyinә daxil edilmәsi nәzәrdә tutulur.

Bu çәrçivәdә Türkiyә vә Şimali Kıbrıs Türk Cümhuriyyәtinin Şәrqi Aralıq dәnizindәki maraqları istiqamәtindә atılacaq addımların iclasda müzakirә edilәcәk mövzulardan biri olacağı tәxmin edilir.

Suriya mövzusu ilә Türk hәrbçilәrinin Azәrbaycan vә Liviyada apardığı fәaliyyәtlәr vә Türkiyәnin cәnubunda terrorçulara qarşı hәyata keçirilәn mübarizәnin dә iclasda müzakirә edilmәsi gözlәnilir. İclasda hәmçinin  PKK/KCK-PYD/YPG, FETÖ vә DEAŞ başda olmaqla bütün terror tәşkilatlarına qarşı hәyata keçirilәn әmәliyyatlar ilә digәr regional vә milli tәhlükәsizlik mövzularının gündәmә gәlmәsi dә nәzәrdә tutulur.

 

 



Әlaqәli Xәbәrlәr