Dəniz quldurlarının hücumuna məruz qalan gəmi Qabonun limanında lövbər salıb

Qvineya körfəzində dəniz quldurlarının hücumuna məruz qalan Liberiya bayrağı altında üzən gəmi Qabonun “Gentil” limanında lövbər salıb.

1569882
Dəniz quldurlarının hücumuna məruz qalan gəmi Qabonun limanında lövbər salıb
nijerya gemi gabon.jpg

Qvineya körfəzində dəniz quldurlarının hücumuna məruz qalan Liberiya bayrağı altında üzən gəmi Qabonun “Gentil” limanında lövbər salıb.

Nəqliyyat və infrastruktur naziri Adil Karaismayıloğlu özünün tvitterdəki səhifəsində bildirib.

“Gəmimiz saat 11:00-da Qabonun “Gentil” limanında lövbər salıb”, - deyə nazir qeyd edib.

Adil Karaismayıloğlu hadisə zamanı həlak olan azərbaycanlı dənizçiyə rəhmət diləyib. O, qeyd edib ki, 15 dənizçinin Türkiyəyə qayıtması üçün bütün imkanlar səfərbər edilib.

Xarici İşlər naziri Mövlud Çavuşoğlu xüsusi televiziya kanallarından birində gəminin Qabon sularında olduğunu, qaçırılan Türk vətəndaşlarının xilas edilməsi üçün bütün ölkələrlə lazımi əlaqələrin qurulduğunu deyib.

Gəminin xarici bayraq altında, sahibinin də xarici olduğunu, ancaq heyətinin bir Türkiyə şirkəti tərəfindən təmin edildiyini ifadə edən Çavuşoğlu "Deməli gəmi türk şirkətinə aid deyil. İçindəki 19 işçi heyəti türkdür, onlardan 1-i azərbaycanlıdır. Təəssüf ki, Azərbaycan vətəndaşı qardaşımız dünyasını dəyişib" deyib.

Çavuşoğlu yanvarın 23-də Ceyhun Bayramovla bu mövzuda danışdığını xatırladaraq "Cənazəmizi də götürüb Türkiyə üzərindən Azərbaycana göndərmək üçün hər iki ölkənin xarici işlər nazirlikləri, konsulluqlarını hazırda davam etdirirlər" deyə qeyd edib. 

Xatırladaq ki, dünən dəniz quldurları Nigeriya sahillərində “Motsart” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə hücum edib. Gəminin 19 heyət üzvündən 15-i girov götürülüb, Fərman İsmayılov adlı azərbaycanlı mühəndis isə öldürülüb.



Әlaqәli Xәbәrlәr