Türkiyə Ukraynaya başsağlığı verib

Türkiyə, Ukraynanın Xarkov şəhərindəki qocalar evində həyatını itirənlərin  ailələrinə  və  ölkə  hökuməti ilə  xalqına başsağlığı verib.

1569093
Türkiyə Ukraynaya başsağlığı verib

Xarici İşlər Nazirliyinin verdiyi açıqlamada: “Ukraynanın Xarkov şəhərində bir qocalar evində çıxan yanğın  nəticəsində çox sayda insanın  həyatını  itirdiyi  və  yaralandığı xəbərini kədərlə öyrəndik. Dost və qardaş Ukrayna xalqına və hökumətinə başsağlığı verir, yaralılara  təcili  şəfa arzulayırıq”.

Qeyd edək ki, Ukraynanın Xarkov şəhərində  bir  qocalar evində baş verən yanğında 15 nəfər   həyatını  itirib, xilas edilən 11 nəfər xəstəxanaya yerləşdirilib



Әlaqәli Xәbәrlәr