Türkiyə İraqın paytaxtı Bağdadda törədilən terror hücumunu qınayıb

Türkiyə İraqın paytaxtı Bağdadda törədilən terror hücumunu ən sərt şəkildə qınayaraq, İraqın yanında olduğunu vurğulayıb.

1568372
Türkiyə İraqın paytaxtı Bağdadda törədilən terror hücumunu qınayıb

Türkiyə İraqın paytaxtı Bağdadda törədilən terror hücumunu ən sərt şəkildə qınayaraq, İraqın yanında olduğunu vurğulayıb.

Xarici İşlər Nazirliyinin həmin mövzuyla bağlı bəyanatında Bağdadda bazar yerlərindən birində törədilən intihar məqsədli hücum nəticəsində çox sayda ölü və yaralı olduğunun təəssüflə öyrənildiyi ifadə edilib.

Bəyanatda xain hücumda həyatını itirənlərə Allahdan rəhmət dilənib qardaş İraq xalqına və hökumətinə başsağlığı verilib.

Bəyanatda "Bu dəhşətli terror hücumunu ən sərt ifadələrlə qınayırıq və bu münasibətlə terrora qarşı mübarizədə dostumuz və qonşumuz İraqın yanında olduğumuzu bir daha vurğulayırıq" ifadəsi yer alıb. 

Qeyd edək ki, bu gün (21 yanvar) Bağdadın mərkəzindəki intihar məqsədli hücum nəticəsində 28 nəfər ölüb və 73 nəfər yaralanıb.



Әlaqәli Xәbәrlәr