TİKA Cənubu Sudanda quşçuluq və arıçılıq işlərilə məşğul olanlara yardım edib

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) Cənubi Sudanın paytaxtı Cubada quşçuluq təsərrüfatına və arıçılara maddi dəstək verib.

1566285

TİKA-nın mövzu ilə bağlı məlumatına görə, Agentlik Cənubi Sudan Heyvandarlıq və Balıqçılıq Nazirliyi və "Support Peace İnitiative Development Organization" ilə əməkdaşlıq edərək, quşçuluqla məşğul olanları iki ədəd 500 yumurta tutumlu günəş inkubatoru,1500 cücə, yem, su qabları və müxtəlif peyvəndlərlə təmin edib.

Layihə çərçivəsində 300 arı pətəyi və arıçılıqda istifadə olunan paltar və arıçılar üçün müxtəlif avadanlıqlar da təmin edilib.

Cənubi Sudan Heyvandarlıq və Balıqçılıq Naziri Onyoti Adiqo quşçuluq, arı təknəsi və digər bütün avadanlıqların çatdırıldığı mərasimdə çıxış edərək, layihənin fermerlər üçün çox dəyərli olduğunu və istehsal üçün köməyin iqtisadi baxımdan da çox əhəmiyyətli olduğunu bildirib.

TİKA-nın hər zaman onların yanında olduğunu söyləyən Adiqo bu günə qədər təşkil olunan layihələrdən məmnun olduğunu dilə gətirib.

Səfir Tuğrul Biltekin də Türkiyənin hər zaman Cənubi Sudan xalqının yanında olduğunu bildirib.

Әlaqәli Xәbәrlәr