Mövlud Çavuşoğlı sabah Brüsselә sәfәr edәcәk
Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu yanvarın 20-dә Belçikanın paytaxtı Brüsselә sәfәr edәcәk.
Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu yanvarın 20-dә Belçikanın paytaxtı Brüsselә sәfәr edәcәk.
Mövlud Çavuşoğlu sәfәr çәrçivәsindә Avropa İttifaqı Şurası ilә Avropa İttifaqı Komissiyasının yüksәk vәzifәli rәsmilәri vә Avropa Parlamentinin bәzi üzvlәri ilә görüşlәr keçirәcәk.
Bu barәdә Türkiyә Xarici İşlәr Nazirliyindәn verilәn bәyanatda bildirilib.
Bәyanatda bu ifadәlәrә yer verilib: ‘‘ Nazir Mövlud Çavuşoğlu Belçika Baş nazirinin müavini, Xarixi İşlәr, Avropa Mәsәlәlәri, Xarici Ticarәt vә Federal Mәdәniyyә Qurumları naziri Sofi Vilmes vә NATO Baş katibi Yens Stoltenberqlә keçirәcәyi görüşlәrdә ikitәrәfli vә çoxtәrәfli münasibәtlәri müzakirә edәcәk’’.
Görüşlәrdә Türkiyә-Aİ münasibәtlәrinin bütün aspektlәri vә tam hüquqlu üzvlük prosesi ilә bağlı regional vә beynәlxalq mövzuların müzakirә olunması gözlәnilir.
Әlaqәli Xәbәrlәr
Türkiyə prezidenti ilə Ermənistan Baş naziri arasında telefon danışığı oldu
Türkiyə Prezident Administrasiyası İctimaiyyətlə Əlaqələr Departamentinin məlumatına görə ...
Türkiyə Azərbaycanın gələcəyinə təmiz nəfəsi artırır
Göndərilən tinglər Qarabağ və paytaxt Bakıda torpağa qovuşacaq