Mövlud Çavuşoğlu Türkiyə-ABŞ əlaqələrinə münasibət bildirib

Təhdid və sanksiyalar Türkiyə və Amerika Birləşmiş Ştatları (ABŞ) arasındakı güçlü əlaqələr ilə üst-üstə gəlmir, bunu Xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

1563602
Mövlud Çavuşoğlu Türkiyə-ABŞ əlaqələrinə münasibət bildirib

Qlobal jurnalistlər Şurasının yayım orqanı qlobal Media jurnala müsahibəsində Türkiyə və ABŞ əlaqələrinə münasibət bildirib: “İki ölkənin qarşılıqlı maraqlara və ortaq dəyərlərə əsaslanan, zamanla test edilmiş köklü müttəfiq olduğu gözdən yayındırılmamalıdır. ABŞ-ın ənənəvi bitərəf mövqeyinə sadiq qalarsa Şərqi Aralıq dənizi kimi digər regional məsələlərdə də konstruktiv rol oynaya biləcəyinə inamım tamdır”.

ABŞ-ın Fetullahçı Terror Təşkilatı (feto) və YPG kimi terror təşkilatları ilə əməkdaşlığının Türkiyənin milli təhlükəsizliyi üzərində birbaşa mənfi təsirinin olduğuna diqqət çəkən Çavuşoğlu, ABŞ-ın yeni rəhbərliyini bu mövzularda dərhal hərəkətə keçməyə çağırıb və problemlərin dialoq yolu ilə həllinin vacib olduğunu, təhdid və sanksiyaların bu qədər əhəmiyyətli münasibətlərə sahib iki ölkə arasında yeri olmadığını vurğulayıb. ABŞ rəhbərliyinin Türkiyəyə qarşı, CAATSA (ABŞ-ın Düşmənlərinə qarşı sanksiya tətbiqi ilə mübarizə) qərarını qınayan Çavuşoğlu Tramp rəhbərliyinin ikitərəfli münasibətlərimizi və bölgədəki öz maraqlarını daxili siyasi mənfəətlər uğrunda heçə saymasının arzu edilməyən hal olduğun qeyd edib. Türkiyənin qərara qarşı lazımlı addımları atacağını, uyğun gördüyü qaydada və vaxtda cavab verəcəyini, ancaq ABŞ-nın bu ciddi səhvi dərhal düzəltməsini gözlədiklərini və təşviq etdiklərini sözlərinə əlavə edib.



Әlaqәli Xәbәrlәr