Türkiyədə "Covid-19"la bağlı son vəziyyət (13 yanvar)

Türkiyədə sabahdan (14 yanvar) etibarən bütün ölkə ərazisində tibb işçilərinin vaksinasiyasına başlanılacaq.

1563121
Türkiyədə "Covid-19"la bağlı son vəziyyət (13 yanvar)

Türkiyənin yeni növ koronavirus (Covid-19) ilə mübarizəsində son 24 saatda 173 ölüm faktı qeydə alınıb. Belәliklә ölkәdә virusdan hәyatını itirәnlәrin ümumi sayı 23 min 325 nәfәrә çatıb.

Ölkədə 173 min 603 nəfər testdən keçirilib. Onlardan 9 min 554 nəfərdə virus əlaməti aşkarlanıb, 971 nəfər müalicəyə cəlb olunub. 

Sağalan 9 min 463 nəfərlə infeksiyaya yoluxanlar arasında indiyədək  2 milyon 227 min 927 nəfər müalicə olunub. 

Digər tərəfdən, Türkiyədə sabahdan (14 yanvar) etibarən bütün ölkə ərazisində tibb işçilərinin vaksinasiyasına başlanılacaq.

Səhiyyə naziri Fahrettin Koca isə canlı yayımda yeni növ koronavirusa qarşı peyvənd olunub.

Nazir insanların normal həyata qayıtması üçün hər kəsin peyvənd olunmasının əhəmiyyətini dilə gətirib.



Әlaqәli Xәbәrlәr