Türkiyә ilә Yunanıstan arasındakı danışıqların növbәti turu İstanbulda keçirilәcәk
Türkiyә ilә Yunanıstan arasındakı araşdırma danışıqlarının 61-ci turu yanvarın 25-dә İstanbulda keçirilәcәk.
Türkiyә ilә Yunanıstan arasındakı araşdırma danışıqlarının 61-ci turu yanvarın 25-dә İstanbulda keçirilәcәk.
Xarici İşlәr Nazirliyindәn verilәn bәyanatda deyilir: ‘‘Araşdırma danışıqlarının 61-ci turu İstanbulda keçirilәcәk’’.
Türkiyә ilә Yunanıstan araşdırma danışıqlarına Egey probleminin hәr iki tәrәfin dә qәbul edә bilәcәyi әdalәtli vә davamlı hәll edilmәsinә zәmin hazırlamaq mәqsәdilә 2002-ci ilin 12 mart tarixindә paytaxt Ankarada başlamışdı.
İki ölkәnin xarici işlәr nazirlәrinin müşavirlәri arasında aparılan danışıqların sonuncusu 2016-cı ilin 1 mart tarixindә Yunanıstanın paytaxtı Afinada keçirilmişdi. Hәmin dövrün Yunanıstan hökumәti tәrәfindәn dayandırılan danışıqlar bu tarixdәn etibarәn siyasi mәslәhәtlәşmәlәr formatında davam etdirilib.
Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu paytaxt Ankarada verdiyi bәyanatda deyib: ‘‘Yanvar ayında ilk danışıqları aparmaq üçün Yunanıstanı araşdırma danışıqlarına dәvәt edirik’’.
Yunanıstan Baş naziri Kiryakos Miçotakis isә Türkiyә ilә araşdırma danışıqlarının tarixinin müәyyәn edilmәsi tәqdirdә danışıqlara qatılacaqlarını bildirmişdi.
Әlaqәli Xәbәrlәr
Türkiyə Azərbaycanın gələcəyinə təmiz nəfəsi artırır
Göndərilən tinglər Qarabağ və paytaxt Bakıda torpağa qovuşacaq
“Türkiyə gələcək nəsillərə ekoloji cəhətdən təmiz ölkə ötürmək üçün çalışır”, R.T.Ərdoğan
“Ətraf mühitin qorunması üçün qəti addımlar davam etdiriləcək”, - deyə Ərdoğan əmin edib