Diyarbәkirdә bir hәrbçi şәhid olub

Türkiyәnin Diyarbәkir şәhәrinin Licә qәsәbәsindә terrorçular ilә tәhlükәsizlik qüvvәlәri arasında baş verәn qarşıdurma nәticәsindә bir hәrbçi şәhid olub, iki hәrbçi dә yaralanıb.

1560585

Daxili İşlәr Nazirliyindәn verilәn bәyanatda Diyarbәkirin Licә qәsәbәsindә terrorçular ilә tәhlükәsizlik qüvvәlәri arasında baş verәn qarşıdurma nәticәsindә biri ağır olmaqla üç  hәrbçinin yaralandığı  bildirilib. Mәlumatda ağır yaralanan hәrbçinin edilәn bütün tibbi müdaxilәlәrә baxmayaraq şәhid olduğu qeyd olunub.

Bölgәdә әmәliyyatların davam etdirildiyi vurğulanıb.

‘‘Şәhid olan hәrbçimizә rәhmәt, ailәsinә, xalqımıza vә qәhraman jandarm qüvvәlәrimizә başsağlığı, xәsarәt alan hәrbçilәrimizә şәfa dilәyirik’’,-deyә Daxili İşlәr Nazirliyindәn verilәn bәyanatda bildirilb.

Әlaqәli Xәbәrlәr