Prezident Rəcəb Tayyib Ərdoğan Saad əl-Həririni qəbul edib

Prezident Rəcəb Tayyib Ərdoğan Livanda hökuməti qurmaq tapşırığı alan Saad əl-Həriri ilə görüşüb.

1560220
Prezident Rəcəb Tayyib Ərdoğan  Saad əl-Həririni qəbul edib

Prezident Rəcəb Tayyib Ərdoğan Livanda hökuməti qurmaq tapşırığı alan Saad əl-Həriri ilə görüşüb.

Prezident Aparatı Mətbuat Xidmətinin yaydığı məlumata görə, görüş İstanbulda yerləşən Vəhdəddin iqamətgahında baş tutub.

Təkbətək keçirilən görüşdə siyasi, iqtisadi, ticari və mədəni sahələrdə Türkiyə-Livan əlaqələri müzakirə olunub, regional məsələlərlə bağlı əməkdaşlıq imkanları nəzərdən keçirilib.
Prezident Ərdoğan görüşdə köklü tarixi keçmişə söykənən iki ölkə əlaqələrini hər sahədə genişləndirmək mövzusunda qətiyyətli olduqlarını söyləyib.

Livanın siyasi sabitliyinin livanlılarla yanaşı bölgə sülhü və dincliyi üçün kritik əhəmiyyətinin olduğunu vurğulayan dövlət başçısı Türkiyənin dostu və qardaş Livan xalqının birliyi və dinciliyi istiqamətində bu ölkəyə dəstək verməyə davam edəcəyini qeyd edib.

Saad əl-Həriri də Türkiyənin Livana dəstəkləri və sərmayə qoyuluşları üçün Ərdoğana təşəkkür edib.



Әlaqәli Xәbәrlәr