Prezident Rəcəb Tayyib Ərdoğan Qərb ölkələrinin ikili standartlarına münasibət bildirib

Prezident Rəcəb Tayyib Ərdoğan Avropa və ABŞ-da baş verən bir çox hadisənin Türkiyəyə qarşı ortaya qoyulan ikili standartları yenidən gün üzünə çıxardığını bildirib.

1560423
Prezident Rəcəb Tayyib Ərdoğan Qərb ölkələrinin ikili standartlarına münasibət bildirib

"Avropa və ABŞ-da baş verən bir çox hadisə Türkiyəyə qarşı ortaya qoyulan ikili standartları yenidən gün üzünə çıxardı".
Bunu Prezident Rəcəb Tayyib Ərdoğan İstanbul Vahdettin iqamətgahından canlı bağlantı ilə iştirak etdiyi  Diyarbakır-Ergani-Elazığ magistral yolu, Devegeçidi Körpüsü və Bağlantı Yollarının Açılış mərasimində deyib. 

Ərdoğan çıxışında Türkiyənin tərəqqi infrastrukturunu davamlı inkişaf etdirdiklərini vurğulayaraq, “Səhiyyə xidmətlərindən dəstək proqramlarına qədər hər kəsin nümunə götürdüyü işləri həyata keçiririk. Türkiyə özünün inkişaf gündəmindən güzəştə getmədən irəliləyişini davam etdirdir" deyib.
Çıxışında Qərb ölkələrinin demokratiya ilə bağlı özlərini tənqid etmələrinin lazım olduğunu dilə gətirən Ərdoğan "Son vaxtlar Avropa və ABŞ-da baş verən bir çox hadisə Türkiyəyə qarşı ortaya qoyulan ikili standartları yenidən gün üzünə çıxardı. Türkiyəni demokratiyanı işlətməməklə haq və azadlıqları məhdud etməklə ittiham edənlərin qarşı-qarşıya qaldıqladı ilk təhdiddə necə ağır ağır tədbirləri həyata keçirdiklərini ibrətlə təqib edirik. Nəyinki terrorun özü, onun ən kiçik işarəsinə belə dözə bilməyənlər illərlə bizim terror təşkilatları ilə mübarizəmizə mane olmağa çalışıblar" ifadələrini işlədib. Türkiyənin ictimai media kanallarını hüquq zəmininə əsaslandırma səylərinə etiraz edənlərin ən ibtidai senzura nümunələrinə əl atmağa başladıqlarını vurğulayan dövlət başçısı “Qərb demokratiya ilə bağlı özünü tənqid etməlidir. BMT başda olmaqla tərkibində olduğumuz bütün beynəlxalq platformalarda düşüncələrimizi həmsöhbətlərimizlə bölüşürük" deyib.
Yeni növ koronavirus (Covid-19) epidemiyası ilə bərpası qaçılmaz hala gələn qlobal siyasi və iqtisadi nizamın bu çərçivədə formalaşacağına ümid edirik" deyə dövlət başısı qeyd edib.



Әlaqәli Xәbәrlәr