Rəcəb Tayyib Ərdoğan: “"Türksat 5A" kosmosdan bizə ilk salamını verəcək"

"Türksat 5A" peyki bu gün yerli vaxtla saat 05:15-də orbitə buraxıldı.

1559536
Rəcəb Tayyib Ərdoğan: “"Türksat 5A" kosmosdan bizə ilk salamını verəcək"

"Türksat 5A" peyki bu gün yerli vaxtla saat 05:15-də orbitə buraxıldı.

Prezidenti Rəcəb Tayyib Ərdoğan peykin orbitə buraxılması ilə bağlı rəsmi "Twitter" səhifəsində dünən paylaşım edib.

“Türksat 5A kosmosdan bizə ilk salamını inşallah sabah verəcək. Xeyirli-uğurlu olsun”, - Ərdoğan öz paylaşımında belə yazıb.

Nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu da bildirib ki, "Türksat" fəaliyyətlərini fasiləsiz davam etdirir. "Türksat 5A" bu gün, 2021-ci ilin ikinci rübündə isə "Türksat 5B" və 2022-ci ildə "Türksat 6A"-nın istifadəyə veriləcək. Bu, ölkəmiz üçün qürur mənbəyi, dünya üçün nümunə təşkil edəcək bir layihədir. 

Nazir onu da əlavə edib ki, 2023-cü ildə Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ilində Türkiyə dünyada süni peyk istehsal edən 10 ölkə arasında yer alacaq.



Әlaqәli Xәbәrlәr