Rәcәb Tayyib Әrdoğan vә Edi Rama birgә mәtbuat konfransında çıxış ediblәr
Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan Albaniya ilә iqtisadi әmәkdaşlığı yeni sәviyyәyә çatdırmağı planlaşdırdıqlarını bildirib.
Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan Albaniya ilә iqtisadi әmәkdaşlığı yeni sәviyyәyә çatdırmağı planlaşdırdıqlarını bildirib.
Prezident Rәcәb Tayyib Әrdoğan paytaxt Ankarada sәfәrdә olan Albaniya Baş naziri Edi Rama ilә tәkbәtәk vә heyәtlәr arasında baş tutan görüşlәrdәn sonra birgә mәtbuat konfransında çıxış edib.
Әrdoğan Albaniyada infrastruktur vә turizm sahәlәrindә investisiyaları artırmağı planlaşdırdıqlarını söylәyib. Türkiyәnin dәstәyi ilә Albaniyada bir xәstәxananın inşa edilәcәyini bildirәn Rәcәb Tayyib Әrdoğan deyib: ‘‘Maarif Vәqfinin tәhvil aldığı universitet İstanbul Texniki Universitetinә bәnzәdilәcәk’’.
Albaniya Baş naziri Edi Rama isә öz növbәsindә prezident Rәcәb Tayyib Әrdoğan ilә keçirdiyi görüşdә iki ölkә arasındakı münasibәtlәri müzakirә etdiklәrini bildirib. Edi Rama iki il әvvәl vә keçәn il Albaniyada baş verәn zәlzәlә zamanı ölkәsinә dәstәk verәn vә yanında olan Türk xalqına tәşәkkür edib.