Türkiyə Körfəz ölkələri arasında əldə edilən razılaşmadan məmnunluğunu ifadə edib

Türkiyə 41-ci Körfəz Əməkdaşlıq Şurasının Sammitində Körfəz münaqişəsinin həlli üçün ortaq iradənin elan edilməsindən məmnunluğunu ifadə edib.

1558048
Türkiyə Körfəz ölkələri arasında əldə edilən razılaşmadan məmnunluğunu ifadə edib

Türkiyə Körfəzdə əldə edilən razılaşmadan məmnunluğunu dilə gətirib.

Xarici İşlər Nazirliyi Səudiyyə Ərəbistanının əl-Ula şəhərində keçirilən 41-ci Körfəz Əməkdaşlıq Şurasının Sammitində Körfəz münaqişəsinin həlli üçün ortaq iradənin elan edilməsindən və Qətər ilə diplomatik əlaqələrin yenidən qurulmasından məmnun olduğunu bildirib.
Açıqlamada "Türkiyə Körfəz ölkələri arasında etimadın yenidən təmin edilməsilə strateji tərəfdaş olduğumuz Körfəz Əməkdaşlıq Şurası ilə korporativ əməkdaşlığımızın inkişafı üçün cəhd göstərməyə hazırdır" deyilib.



Әlaqәli Xәbәrlәr