Terrorla mübarizə çərçivəsində daha 4 terrorçu zərərsizləşdirilib

Suriyada "Sülh çeşməsi" bölgəsinə daxil olmağa cəhd göstərən PKK/YPG-nin 4 terrorçusu zərərsizləşdirilib.

1556920
Terrorla mübarizə çərçivəsində daha 4 terrorçu zərərsizləşdirilib

Suriyada "Sülh çeşməsi" bölgəsinə daxil olmağa cəhd göstərən PKK/YPG-nin 4 terrorçusu zərərsizləşdirilib.

Milli Müdafiə Nazirliyinin "Twitter" hesabından yayılan bəyanatda "Sülh çeşməsi" bölgəsinə soxulmağa cəhd göstərən terrorçulara qarşı əməliyyatların davam etdiyi bildirilib. 

Bəyanatda qəhrəman Türk komandolarının sülh və təhlükəsizlik mühitini pozmaq üçün sızmağa cəhd edən daha 4 PKK/YPG terrorçusunu zərərsizləşdirdiyi qeyd edilib.

Digər tərəfdən, Daxili İşlər Nazirliyi tərəfindən verilən açıqlamada Şırnakda "İldırım-1" Cudi şəhid jandarma zabit çavuş Sıddık Uyuocak əməliyyatında terror təşkilatı PKK-ya məxsus çox miqdarda silah-sursat və məişət avadanlıqlarının ələ keçirildiyi bildirilib. 

Şırnakda isə, terror təşkilatı PKK/KCK və FETÖ/PDY-yə qarşı bir həftədə həyata keçirilən əməliyyatlarda saxlanılan 5 şübhəlidən ikisi həbs edilib. 



Әlaqәli Xәbәrlәr