Türk Əməkdaşlıq və Koordinasiya Agentliyindən Cənubi Osetiyaya yardım

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) Gürcüstanda Cənubi Osetiya müharibəsi qurbanlarına və ehtiyacı olan ailələrə yeni növ koronavirus (Kovid-19) əleyhinə etdikləri mübarizəyə dəstək verir.

1554683
Türk Əməkdaşlıq və Koordinasiya Agentliyindən Cənubi Osetiyaya yardım

TİKA Gürcüstandan birtərəfli müstəqilliyini elan edən Cənubi Osetiyanın işğal xəttinə yaxın və Tibilis rəhbərliyinin nəzarətində olan kəndlərdə müharibə qurbanı ailələrə maskalar, əlcəklər, sabun və dezinfeksiyaedici maddələr kimi gigiyena materialları paylanmağa başlayıb.

Şindisi kəndinə gedən TİKA-nın Tbilisi Koordinatoru Nəcla Dəmirdağ, müharibədən zərər çəkənlər ilə görüşüb və yardım paketlərini onlara təqdim edib. Epidemiyanın ilk dalğasının başladığı bahar aylarında Gürcüstanda 2 min ailəyə bənzər yardım çatdırdıqlarını ifadə edən Dəmirdağ, ölkədə ehtiyacı olanlara çox sayda qida və gigiyena yardım payladıqlarını xatırladıb. İndi isə epidemiyanın ikinci dalğasının hökm sürdüyü ölkədə daha 710 ailəyə gigiyena təchizatı çatdıracaqlarını sözlərinə əlavə edib.



Әlaqәli Xәbәrlәr