Xarici İşlər naziri Çavuşoğlu Rusiyada səfərdədir

Türkiyə-Rusiya Ortaq Strateji Planlaşdırma Qrupu növbəti yığıncağı Rusiyada keçirilir.

1553942
Xarici İşlər naziri Çavuşoğlu Rusiyada səfərdədir

Xarici işlər naziri Mevlut Çavuşoğlu sosial media hesabından yaydığı açıqlamada: “Türkiyə-Rusiya Ortaq Strateji Planlaşdırma Qrupu 8-ci iclasına qatılmaq üçün soçidə səfərdəyim”. Məlumata görə yığıncağa Çavuşoğlu və Rusiya Xarici İşlər naziri Sergey Lavrov başçılıq edəcək.

Xarici İşlər Nazirliyinin açıqlamasında qeyd edilib ki, iclasda iki ölkə arasındakı münasibətlər başda olmaqla regional və beynəlxalq mövzular barədə fikir mübadiləsi aparılacaq. İclasın sonunda Türkiyə Respublikası və Rusiya Federasiyası Xarici İşlər Nazirliyi arasında 2021-2022 illər arası Məşvərət Planı imzalanacaq.

 

 



Әlaqәli Xәbәrlәr